Franklin Pirs (FRANKLIN PIERCE)

Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. ABŞ- ın 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində dünyaya gəlib. Atası Bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu. Elə də varlı olmasalar da Pirslər övladlarının yaxşı təhsil alması qayğısına qalırdılar. Balaca Franklin ibtidai təhsilini məşhur Bouduin kollecində alır. Kolleci bitirərək üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşı olarkən özəl vəkil kontorunu açır. Bu ərəfədə Bouduin-kollecin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur. Epltonlarla qohumluğu Pirsin gələcək karyerasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.


Davamı →

Zakari Teylor (ZACHARY TAYLOR)

Onu bəzən apolitik (siyasətdən kənar) prezident də ad­landırırlar. Doğrudan da C.Vaşinqton və E.Cekson kimi Zakari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə ola­raq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur.

Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının Orinc dairəsində anadan olmuşdur. Amerikada yaşamış ilk Teylor 1620-ci ildə məşhur «Meyflauer» gəmisində Yeni Dünyaya gəlmiş piliqrimlərdən idi.


Davamı →

Ceyms N.Polk (JAMES KNOKS POLK)

ABŞ-ın 11-ci prezidenti Ceyms Noks Polk 2 no­yabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şima­li Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir. Tennessiyə qayıdaraq Neşvilldə vəkillər kontorunda işləyir. 1824-cü ildə varlı biznesmen, böyük torpaq sahibi mayor Coel Çayldresin qızı Sara ilə ailə həyatı qurmuş, lakin övladları olmamışdır. Saranın ata­sı vəfat etdikdən sonra, onun bütün varidatı, Tennessi və Alabamada malikanələr, çoxsaylı qullar Polklara çatmışdır.


Davamı →

Con Tayler (JOHN TYLER)

XVII əsrin əvvəllərindən Amerikada məskunlaşmış in­gilis əsilli Harrisonlar ailəsindən çoxlu dövlət xadimləri, varli quldarlar, böyük torpaq sahibləri çıxmışdır. Gələcək prezidentin atası Bencamin Harrison İstiqlaliyyət Bəyannaməsinə imza atan şəxslərdən, sonralar 1781-84-cü illərdə isə Virciniya qubernatoru olmuşdu. 


Davamı →

Con Kuinsi Adams (JOHN QUINCY ADAMS)

ABŞ-ın ilk altı prezidenti dövlətin əsas qurucuları he­sab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır. Onların sonuncusu Con Kuinsi Adams 11 iyul 1767-ci ildə Massaçusets ştatının Breyntri şəhərində, ABŞ-ın ikinci pre­zidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun gələcək taleyinin müəyyənləşməsində həlledici rol oy­namışdır. Hələ 17 yaşlı gənc ikən atasını bir çox Avropa ölkələrinə səfərlərində müşayiət etmiş, 1794-cü ildə Haa­qada ölkəsinin səfiri olmuşdur. Bu səfərlər zamanı nəinki müxtəlif məktəb və universitetlərdə öz bilik səviyyəsini artırmış, həm də məşhur Avropa saraylarının siyasi yönü­mü ilə yaxından tanış olmuşdur. Zəngin həyat təcrübəsi, aldığı mükəmməl təhsil onu Amerikanın görkəmli dövlət xadimlərindən biri etmişdir.

Davamı →

Con Adams (JOHN ADAMS)

Vaşinqtondan sonra ölkəyə rəhbərlik etmək olduqca çətin iş idi. 1796-cı il seçkilərində qalib gəlmiş Con Adams üçünsə ikiqat çətindi. Balaca boylu, dolu bədənli Adams, təkcə öz xarici görünüşü deyil, həm də ideya və dünyagörüşü  ilə Vaşinqtonun tam əksi idi. Aristoteldən Monteskyöyədək əksər dahi müəlliflərə dərindən bələd olmuşdu.

Davamı →

Vyetnam müharibəsi – qan və iqtisadiyyat

Necə oldu ki, Amerikanın Vyetnamdakı iqtisadi siyasəti böyük problemlər yaratdı?*
Vyetnamdakı müharibə ABŞ-ın II Dünya müharibəsindən sonrakı ən böyük iqtisadi səhvi hesab edilir. Bu səhvin nəticələri hələ də tamamilə aradan qaldırılmayıb.
Müharibə həmişə iqtisadi baxımdan bir pıçıltı yaradır, səs-küy yox. Xərclənən pullar və çəkilən əziyyət uzun zamandır ki, unudulub. Hal-hazırda Hind-Çin regionunda nəhəng bir müharibəsonrası yardım proqramları və ya yenidənqurma layihələri yoxdur. Digər tərəfdən, heç bir “sülh dividendi” də irəli sürülməyib.

Davamı →

ABŞ prezidentləri haqqında faktlar

Corc Vaşinqton ata minməyi sevirdi. Lakin o minəcəyi atın bütünlüklə təmiz olmasını tələb edirdi və Vaşinqton hətta atın dişlərinin təmizliyini də yoxlayırdı.

Tomas Ceferson öz məzar daşının dizaynını özü yaradaraq onun üçün mətn də yazmışdı. Bu mətndə onun prezident olduğu qeyd olunmamışdı.

Con Kvinsi Adams sübh çağı tez-tez Potomak çayında çılpaq halda üzürdü. O demək olar ki, paltarlarını dəyişmirdi və 10 ildən artıq eyni kostyumu geyirdi.

Endryu Cekson sərt duel həvəskarı idi və duellərin birində o sinəsindən güllə yarası aldı. Cərrahlar çox cəhd etsələr də gülləni çıxarmaq mümkün olmadı və Cekson ömrünün sonuna kimi bədənində bu qurğuşun parçası ilə yaşadı.


Ardı →

Sıfırıncı illər

“Tekumsenin ölüm qarğışından” ABŞ-ın 8 prezidenti yaxa qurtara bilməyib

1813-cü ildə Şauni tayfasının rəhbəri Tekumse sonu sıfırla bitən illərdə Amerika prezidenti seçiləcək bütün prezidentləri ölümlə qarğıyır. Belə ki, hindu rəvayətində deyilir ki, Amerika prezidenti Vilyam Henri Harisson (1841) hinduların Şauni qəbiləsinin Tekumse adlı başçısını öldürərkən qəbilə başçısı məhz “sıfırıncı” illərdə seçiləcək bütün Amerika prezidentlərini ölümlə lənətləyib. Şimali Amerika hindularının Tayfalararası Şurasının fikrincə, Vilyam Henri Tekumseni öldürməklə doğma torpaqları işğal edənlərə qarşı yönəlmiş hinduların axırıncı müqavimətinə son qoyub. Tekumsenin ölümündən sonra, 1936-cı ildə onun “peyğəmbər” adlandırılan qardaşı Tenskvatava öz qardaşının lənəti ilə Amerikanın sıfırıncı illərdə seçiləcək prezidentlərinin seçildikləri müddət ərzində öləcəklərini təsdiq edib- deyə Ferfild Universitetinin politoloqu professor Con Orman bildirir. Onun dediyinə görə, Tenskvatavanın qardaşının peyğəmbərliyini həqiqətən də xatırladan heç bir sübut yoxdur.


Ardı →

ABŞ prezidentlərinin xəstəlikləri

Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Korjakov özünün “Şəfəqdən qürubadək” adlı kitabına ön sözündə yazırdı ki, bir çox vətəndaşlar rəhbərlərinin, əslində, necə adamlar olduqlarını bilsəydilər, dəhşətə gələrdilər. Hakimiyyətdə olanlar da başqaları kimidir və insana xas olan xüsusiyyətlərin heç biri, o cümlədən həm fiziki, həm də mənəvi zəiflik onlara yad deyildir.
Davamı →